• $
  • £

Yelo Bankın dəstəyi ilə növbəti "Yay düşərgəsi" Şamaxıda təşkil olunub

Yelo Bankın dəstəyi ilə növbəti
28.07.2023 12:26
Yelo Bank ölkəmizdə, xüsusilə regionlarda uşaq futbolunun inkişafı üçün təşəbbüskar addımlarını davam etdirir.  Bankın dəstəyi, Futbolun İnkişaf Fondu və "Şamaxı” Futbol Klubunun birgə təşkilatçılığı ilə növbəti "Yay düşərgəsi" Şamaxıda baş tutdu. Yeddi gün davam edən düşərgə zamanı məktəblilərə vacib həyat bacarıqları təlimi keçirilib, ətraf-mühitin qorunması, şəxsi gigiyena, yol hərəkəti və yanğın təhlükəsizliyi qaydaları haqda müvafiq sahənin mütəxəssisləri tərəfindən məlumat verilib. Həmçinin, iştirakçılara müasir texnologiyalarla bağlı təlim keçirilib. Bununla yanaşı, uşaqlar Azərbaycan və dünya flora və faunası haqqında məlumat əldə etdikdən sonra Şamaxı Üzüm Tingçilik Mərkəzində müxtəlif meyvələr əkiblər.  


Düşərgə zamanı iştirakçılar xüsusi hazırlanmış futbol təlimlərində iştirak ediblər. İştirakçılara futbol qaydaları barədə məlumat vermək üçün peşəkar futbol hakimi dəvət olunub. Düşərgə müddətində uşaqlar üçün Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı Safari Parkına ekskursiyalar təşkil olunub. Düşərgə əyləncə proqramı və iştirakçılara sertifikatların təqdim olunması ilə yekunlaşıb.


Məlumat üçün bildirək ki, bu layihə daha əvvəl Naxçıvanda aztəminatlı ailələrin övladları üçün təşkil olunmuşdu. Yelo Bankın əsas məqsədi uşaq yaşlarından idmana sevgini artırmaq, peşəkar uşaq futbolunun inkişafına dəstək olmaqdır.


Mikro biznes krediti (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 


Yelo Bank – Parlaq bankçılıq!









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol