Meksikada istilər 250-yə yaxın insanın ölməsinə səbəb olub
Son dörd ayda Meksikada həddindən artıq istilər nəticəsində ölənlərin sayı 249-a çatıb. Bu barədə CNN Meksikanın Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
Martın 19-dan iyulun 22-dək Nuevo-Leonda 100, Tamaulipasda 28, Verakruzda 26 və Sonorada 26 ölüm halı qeydə alınıb. Qalan ölümlər daha 12 ştatda qeydə alınıb. Hökümət həmçinin 3169 "ekstremal təbii temperaturla bağlı hallar" haqqında məlumat verib.
Ölkə ABŞ-ın cənub ştatları ilə birlikdə ekdtremal istilərə dözür.
Keçən ayın sonunda bəzi Meksika ştatları müəyyən yerlərdə bütün zamanların ən yüksək istilik həddinə çatdı.
Oxşar isti hava bu həftə də davam edib. Ən azı iki ştatda temperatur 45 dərəcədən yuxarı olub. Digər beş ştatda temperatur 40 ilə 45 dərəcə arasında dəyişəcək.
Katibliyin verdiyi məlumata görə, ölümlərin çoxu 2023-cü il üçün gözlənilən dörd dalğanın "üçüncü istilik dalğası”nda qeydə alınıb. Hökumətin məlumatına görə, ölüm hallarının 92,4%-i "gün vurma”, qalanları isə susuzluq nəticəsində baş verir.
Hökümət yüksək temperaturun öhdəsindən gəlmək və uzun müddət günəşə məruz qalmamaq üçün, xüsusən səhər saat 11:00-dan 15:00-a qədər "tez-tez" ən azı iki litr şüşə, qaynadılmış və ya dezinfeksiya edilmiş su içməyi tövsiyə edir.
Səhiyyə Nazirliyi həmçinin uyğun geyim, günəş kremi və papaq istifadə etməyi tövsiyə edirlər.
www.anews.az

Rabia Hale Seferoğlu
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox