• $
  • £

AK Microsofta qarşı antiinhisar istintaqına başlayıb

AK Microsofta qarşı antiinhisar istintaqına başlayıb
28.07.2023 21:30
Avropa Komissiyası (AK) "Microsoft” korporasiyasına qarşı antiinhisar istintaqına başlayıb.

Bu barədə  xarici KİV xəbər verir.

İstintaqın mərkəzində şirkətin "Office 365” paketinə bağladığı və tək bir məhsul kimi satdığı "Teams” korporativ messenceri dayanır. AK-dan fərqli məhsulların bir təklifdə birləşdirən belə bir təcrübənin rəqabətcil olmaya biləcəyi vurğulanıb.

"Bu məhsulların bazarının rəqabətqabiliyyətli qalmasına zəmanət verməliyik və şirkətlər ehtiyaclarını ən yaxşı şəkildə qarşılayan məhsulların seçimində sərbəstdir. Buna görə "Microsoft” ofis proqramlarının "Teams” ilə birləşdirilməsinin Avropa İttifaqında rəqabət normalarına zidd olub-olmamasının araşdırılmasına başladıq”, - AK-nın rəqəmsal siyasət üzrə vitse-prezidenti və Aİ-nin rəqabət üzrə komissarı Marqrete Vestager deyib.

İstintaq "Salesforce” şirkətinə məxsus olan başqa bir korporativ messencer – "Slack”in hələ 2020-ci ildə etdiyi şikayət ilə bağlıdır. Şikayətçinin fikrincə, "Microsoft” bazardakı dominant mövqeyindən sui-istifadə edir və biznes müştərilərinə "Teams”i təklif edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol