Demokrat senator Microsoftu kəskin tənqid edib
ABŞ-ın demokrat senatoru Ron Uayden ölkənin Ədliyyə Departamentini kibertəhlükəsizliklə bağlı səhlənkarlığa görə "Microsoft” texnologiya şirkətini məsuliyyətə cəlb etməyə çağırıb.
Bu barədə "ArsTechnica” məlumat yayıb.
Onun sözlərinə görə, "Microsoft”un işindəki çatışmazlıqlar çinli hakerlərə bulud xidmətinin müştərilərinin yüz minlərlə elektron məktublarını oğurlamağa imkan verib. Onların arasında Dövlət Departamentinin və ABŞ Ticarət Nazirliyinin əməkdaşları da olub.
"Microsoft” mühəndisləri heç vaxt sistemləri sızmaya səbəb olacaq şəkildə inkişaf etdirməməli idilər. Bu aşkar qüsurlar "Microsoft”un daxili və xarici təhlükəsizlik auditləri zamanı aşkar edilməli idi”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox