• $
  • £

SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirilib

SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirilib
29.07.2023 18:30

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təyin olunan vitse-prezidentlərlə görüş keçirilib.

SOCAR-dan bildirilib ki, göstərilən yüksək etimada görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf yeni təyinatları münasibətilə vitse-prezidentləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Mikayıl Cabbarov ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıq və göstərişləri rəhbər tutaraq, bundan sonra da əzmlə çalışmağın vacibliyini vurğulayıb.

Nazir SOCAR-ın Müşahidə Şurasının son iclasında şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə yeni əməliyyat modelinin təsdiqləndiyini, şirkətin təşkilati strukturunun və daxili proseslərinin inkişaf etdiriləcəyini diqqətə çatdırıb.

Mikayıl Cabbarov, eyni zamanda, yeni əməliyyat modelinin SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsinə, biznesin dayanıqlılığına və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılmasına xidmət edəcəyini qeyd edib.

SOCAR-ın yeni təyin olunan vitse-prezidentləri çıxışlarında onlara göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol