Azərbaycanda qara kürü istehsalı artıb
2023-cü ilin yanvar-iyununda Azərbaycanda 294 kq nərə balığının kürüsü istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 154 kq çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Ötən ilin 6 ayında Azərbaycanda 140.8 kq nərə balığının kürüsü istehsal edilib.
2023-cü ilin yanvarında Azərbaycana 156.72 min dollar dəyərində 520 kq nərə balığı kürüsü idxal edilib.
Cari ilin ilk ayında nərə balığı kürüsünün bir kiloqramının orta idxal qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5% azalaraq 301.3 dollar ( 512.2 AZN) təşkil edib.
Rusiyanın "Food Team” şirkəti Azərbaycan olan tərəfdaşlarla masaqo kürü və balıq məhsullarının tədarükü üçün ixrac müqaviləsi imzalayıb. Bu barədə Tacc agentliyi yazıb.
Müqavilənin dəyəri 200 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycana gətirilən nərə balığı kürüsünün 100%-i Çindən idxal edilib.
Müqavilənin dəyəri 200 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycana gətirilən nərə balığı kürüsünün 100%-i Çindən idxal edilib.
Son illərdə Azərbaycanda qara kürü istehsal edən zavodlar yaradılıb. Bura "Azerbaijan Fish Farm”ı və "Nərəkənd” balıq yetişdirmə zavodunu nümuna göstərmək olar.
Azərbaycanda qara kürünün istehsalı üzrə ilk zavod 1954-cü ildə Neftçala rayonunda, Kür çayının dəhnəsinə yaradılıb.
"Azerbaijan Fish Farm” şirkətində hazırlanmış çökə balığından əldə olunan bir banka kürü 70 AZN-ə təklif olunur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox