Avropada təbii qaz bahalaşıb
Avropada təbii qazın birja qiymətləri 2,2 % artaraq 1 000 kubmetri 329 ABŞ dolları təşkil edib. Bu barədə Londonun "ICE Futures” birjası məlumat yayıb.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti ticarət gününü 332,7 ABŞ dolları ilə başlasa da, sonradan 329,2 ABŞ dollarına satılıb.
Avropada təbii qazın qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə olaraq 1 000 kubmetr üçün 550 ABŞ dollarından aşağı düşüb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox