Pakistanda terrorda ölənlərin sayı artıb
Pakistanda İŞID terror təşkilatı tərəfindən ölənlərin sayı 63 nəfərə çatıb.
Bildirilir ki, bu gün siyasi partiya konqresinə kamikadze hücumu həyata keçirilib.
Səlahiyyətlilər etdiyi şərhdə hücumda həyatını itirənlərin sayının 63-ə yüksəldiyini, 123 yaralının müalicəsinin davam etdiyini bildirib. Can itkisinin arta biləcəyi bildirilib.
İyulun 30-da Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində yerli vaxtla saat 16:00 radələrində kamikadzenin özünü partlatması nəticəsində terror hadisəsi baş verib.
Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərdən ibarət bir qrup tərəfdarının qarşısında çıxış etdiyi zaman baş verib
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox