• $
  • £

Peskovdan Putin-Ərdoğan görüşü barədə AÇIQLAMA

Peskovdan Putin-Ərdoğan görüşü barədə AÇIQLAMA
02.08.2023 22:49
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşün yeri və tarixi ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmək barədə razılığa gəliblər.

Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib.

"Putin və Ərdoğan birincisi, bu görüşün harada keçiriləcəyi, ikincisi, vaxtı barədə yaxın gələcəkdə dəqiq qərar vermək barədə razılığa gəliblər. Bütün bunlar diplomatik kanallar vasitəsilə həyata keçiriləcək”, - Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, liderlərin görüşü Türkiyə ərazisindən kənarda baş tuta bilər.


"Görüş yerinin Türkiyə ərazisində olması mütləq deyil. Prezidentin özünün Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dediyi kimi, indi onun ölkədə olması vacibdir. Ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir”, - Peskov vurğulayıb.
O, əlavə edib ki, Putin və Ərdoğan arasında planlaşdırılan görüşün gündəmində Ukrayna və taxıl müqaviləsi olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol