• $ 1.7
  • € 1.9729
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.3058

Frans Press İlon Maskı məhkəməyə verib

Frans Press İlon Maskı məhkəməyə verib
03.08.2023 15:35
Fransanın France-Presse (AFP) xəbər agentliyi  İlon Maskı (Elon Musk) Twitterdə agentliyə məxsus xəbərlərin yayılması zamanı müəllif hüquqlarının pozulmasında ittiham edib və onu məhkəməyə verib. Bu barədə Türkiyənin "Sözcü" qəzeti xəbər verib. 

Fransanın 2019-cu ildən tətbiq etdiyi müəllif hüququ qaydaları online platformalardan  yazdıqları xəbərə görə qonorar tələb edən naşirlərlə danışıqlar aparmağı tələb edir. 
 
İlon Mask 2022-ci ilin oktyabrında Tüitteri alıb və onun təşəbbüsü ilə bu sosial platforma X adlandırılıb. 
 
AFP "X" platformasının müəllif hüquqları ilə bağlı danışıqlardan açıq şəkildə imtina etməsindən narahat olduğunu bildirib.

İlon Mask isə X-də paylaşdığı paylaşımda AFP-nin bu addımını sərt sözlərlə tənqid edib.  
 
"Bu, çox qəribə məsələdir.  Saytlar onlara trafik qazandıran xəbərləri paylaşır, ondan reklam gəliri əldə edir və  bizdən heç bir gəlir əldə etmədiyimiz xəbərlərə  görə pul verməyimi  istəyirlər?”, - Mask bildirib.  

2021-ci ildə Fransanın rəqabət orqanı Google-u bunabənzər məsələdə ittiham edib və500 milyon avro cərimələyib. Google daha sonra AFP və bir sıra digər aparıcı fransız xəbər agentlikləri ilə müqavilələr bağlayıb. Facebook bəzi Fransa  nəşriyyatları ilə də müqavilələr imzalayıb.

Rabia Hale Seferoğlu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Dünya 23:44
Serbiyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb
İranda partlayış səsləri eşidilib - Video
Dünya 22:30
İranda partlayış səsləri eşidilib - Video
İran “Xatəm əl-Ənbiya" qərargahının komandanının ölümünü təsdiqləyib
Dünya 20:11
İran “Xatəm əl-Ənbiya" qərargahının komandanının ölümünü təsdiqləyib
COP31-ə Antalyanın namizədliyi irəli sürülüb
Dünya 19:24
COP31-ə Antalyanın namizədliyi irəli sürülüb
İlk hücumunda generallar da daxil olmaqla 29 zabit öldürülüb - İsrail mətbuatı
Dünya 15:57
İlk hücumunda generallar da daxil olmaqla 29 zabit öldürülüb - İsrail mətbuatı
İranda internetə çıxış tam bərpa edilib
Dünya 15:26
İranda internetə çıxış tam bərpa edilib
ABŞ İranın uranı zənginləşdirməsinə icazə verməyəcək-Tramp
Dünya 13:45
ABŞ İranın uranı zənginləşdirməsinə icazə verməyəcək-Tramp
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Dünya 12:52
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
ABŞ-ın "Krispy Kreme" şirkəti "McDonald's" ilə əməkdaşlığı dayandırıb
Dünya 09:47
ABŞ-ın "Krispy Kreme" şirkəti "McDonald's" ilə əməkdaşlığı dayandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol