Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib. Bu barədə Avropa Komissiyasının bu gün Brüsseldə yaydığı bəyanatda deyilir.
Bildirilir ki, Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən yan keçərəı Belarusun yardım etməsi göstərilib.
Məlumata görə, Belarusa odlu silah və döyüş sursatlarının ixracına qadağa qoyulub.
Diplomatik mənbələrin məlumatına görə, Aİ Belarusa qarşı sanksiyalar rejimini hələ də Qərb tərəfindən alınan Belarus gübrələrinə istisnalar qoymadan Rusiyaya qarşı məhdudiyyətlərlə sinxronlaşdırmaq niyyətindədir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox