Gürcüstanda 16 nəfər torpağın altında qalıb
Gürcüstanda "Sunset Show” hotelinin yaxınlığında torpaq sürüşməsi olub. Bu barədə Gürcüstan mediasında məlumat yayılıb.
www.anews.az
Bildirilir ki, sürüşmə nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfərin torpaq kütləsinin altında qalması barəsində məlumat yayılıb.
Əraziyə 2 xilasedici helikopterin göndərildiyini bildirilib.
Məlumata görə, həmin ərazidə işıq dirəkləri zədələndiyi üçün işığın verilməsində problem yaranıb.
Sakinlər sürüşmə nəticəsində yaxınlıqdakı dağdan böyük torpaq kütləsinin qoparaq kotteclərin olduğu ətraf ərazilərə düşdüyünü, ərazini palçıqlı sel basdığını və yolu bağladığını bildiriblər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox