Almaniya son 10 ildə ilk dəfə İslandiyada hərbi təlimlərə təyyarələr göndərir
Almaniya Hərbi Hava Qüvvələri İslandiyada keçirilən "Rapid Viking” hərbi təliminə altı "Eurofighter” və 30 hərbi qulluqçu göndərib.
"Doyçe Presse-Agentur”(Alman Mətbuat Agentliyi, DPA) xəbər verir ki, Almaniyanın qırıcıları son 10 ildə ilk dəfə bu ölkədə manevrlərə qatılırlar.
"Biz Almaniya Hərbi Hava Qüvvələrinin bir neçə gün ərzində ehtiyac duyulan yerdə ola biləcəyini göstərmək üçün orada iştirak edirik”, - Bundesverin nümayəndəsi Marko Brunhofer bildirib.
DPA vurğulayıb ki, texnikaların sürətlə köçürülməsi təlimlərin məqsədlərindən biridir.
Xatırladaq ki, daha öncə Almaniya hərbi təyyarələri 2010 və 2012-ci illərdə İslandiyada keçirilən təlimlərdə iştirak edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox