Rusiyanın itkilərinin sayı açıqlanıb
Son sutkada Ukrayna ordusu Rusiyanın 600-dən çox hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, müharibə başlayandan bu günə kimi Rusiyanın ümümi döyüş itkiləri 248 min 490 nəfər təşkil edib.
Bundan əlavə, ruslar 4228 tank, 8249 zirehli döyüş maşını (gündə 15), 4911 artilleriya sistemi (gündə 19), 466 hava hücumundan müdafiə sistemi (gündə 1), 4 min 104 əməliyyat aparatını itirıb.
Ukrayna hərbçiləri Rusiyanın nəzarəti altında olan Baxmut şəhəri ətrafında bir sıra nailiyyətlər əldə etdiklərini bildiriblər. Ukrayna quru qoşunlarının komandanı general Oleksandr Sırski deyib ki, o, ordunun irəliləyişlərini sürətləndirmək üçün şərqdə xidmət edən zabitlərlə görüş keçirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın Baxmut və ona yaxın ərazilər yaxınlığında irəliləmək üçün səkkiz cəhdinin qarşısı alınıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox