• $
  • £

Kanada XİN Laçın dəhlizi ilə bağlı bəyanat yayıb

Kanada XİN Laçın dəhlizi ilə bağlı bəyanat yayıb
04.08.2023 17:22
Kanada Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə humanitar vəziyyətin pisləşməsindən narahatlığını bildirib və Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etməyə çağırıb. 

"Biz Azərbaycanı Beynəlxalq Məhkəmənin Laçın dəhlizində insanların və malların sərbəst tranzitinə icazə verilməsi barədə əmrinə əməl etməyə və bütün tərəfləri dinc dialoqu davam etdirməyə çağırırıq",  - bəyanatda bildirilir.
 
Fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qonşu Ermənistanla davam edən hüquqi mübahisələrdə Laçın dəhlizində gediş-gəlişi təmin etməyi tapşırıb. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyanatlarında bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanla bağlı üzərinə düşən işləri yerinə yetirməyib. 

Avqustun 1-də Azərbaycan prezidenti İlham Əliyev "Euronews” telekanalına müsahibəsində deyib ki, Laçın sərhəd-buraxılış məntəqəsində hərəkət azadlığı bloklanmayıb. 
 
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar.  Separatçı rejimin rəhbəri Araik Arturyuan  iyulun 17-də aksiyaya qoşulsa da iyulun 26-da aksiyanı dayandırdığını elan edib. 
 
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX)  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb. 

2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Gülnar Nazimqızı 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol