Türkmənistan Hava Yolları Moskvaya uçuşların dayandırılmasının müddətini uzadıb
Türkmənistan Hava Yolları Aşqabaddan Moskvaya uçuşlara tətbiq etdiyi məhdudiyyətin müddətini oktyabrın 28-dək uzadıb.
TASS xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, Türkmənistan Hava Yolları 2023-cü il avqustun 8-dən oktyabrın 28-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə uçuşları dayandırıb. Rusiyaya uçuşlar Aşqabad-Kazan-Aşqabad marşrutu ilə həyata keçiriləcək. Moskva-Aşqabad marşrutu üzrə aviabileti olan sərnişinlər biletdə göstərilən tarix və vaxta uyğun olaraq yola düşməzdən üç saat əvvəl Kazana getməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox