Rusiyanın itkilərinin sayı açıqlanıb
Ukrayna ordusu son sutkada Rusiyanın 540 hərbiçisini məhv edib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Həmçinin 2022-ci il fevralın 24-dən indiyədək Rusiyanın 315 təyyarəsi, 311 helikopteri, 18 gəmi və kateri məhv edilib.
Son sutka ərzində iki tərəf arasında 50 toqquşma baş verib.
Xarkov vilayətində Petropavlovkanın şərqində, Diliyevkanın şimal-şərqində Baxmut istiqamətində, Avdeevka ərazisində, Maryinka və Krasnoqorovka ərazilərində Rusiyanın hücumları dəf edilib. Rusiya ordusu Zaporojye istiqamətində Zaporojye vilayətinin Rabotin bölgəsində hücum əməliyyatlarından heç bir nəticə əldə etməyib.
Rusiya Ukrayna müharibəsi ötən ilin fevralın 24-dən başlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox