Rusiya 22 hərbçini Ukraynaya qaytarıb
Ukrayna ilə Rusiya arasında hərbi əsir mübadiləsi baş tutub. Belə ki, 22 hərbçi Ukraynaya qaytarılıb. Bu barədə "RBC-Ukrayna” prezidentin aparatının rəhbəri Andrey Yermak sosial hesabında paylaşım edib.
"Bu gün daha 22 ukraynalı əsgər əsirlikdən vətənə qaytarılıb. Onlar müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak ediblər, azad edilənlər arasında yaralılar da var. Əsgərlərimizdən böyüyünün 54, ən kiçiyinin 23 yaşı var", - Yermak əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox