• $
  • £

Yaxın günlərdə 20 ailə Zabuxa köçürüləcək

Yaxın günlərdə 20 ailə Zabuxa köçürüləcək
07.08.2023 16:03
Yaxın günlərdə Laçın rayonunun Zabux kəndinə 20 ailə köçürüləcək. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Bu gün Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. 

Püşkatmada 20 ailə (88 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Zabux kəndində birinci mərhələdə beton zirzəmi-sığınacağı olan 223 birmərtəbəli fərdi yaşayış evi inşa edilir. Bundan başqa, kənddə uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər obyektlər də tikilir.
 
İyulun 31- də Laçına daha 12 ailə - 53 nəfər köçürülüb.
 
Laçın şəhərində 180 ailə, yəni 700 nəfərin daimi məskunlaşması təmin edilib.
 
Bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutlulub. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın  dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.
 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 17:54
Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq
AQTA: Gürcüstan və Türkiyədən gətirilən 73 tondan çox toxumluq kartof məhv edilib
Cəmiyyət 17:10
AQTA: Gürcüstan və Türkiyədən gətirilən 73 tondan çox toxumluq kartof məhv edilib
GUAM İran dronlarının Naxçıvana hücumlarını pislədi
Cəmiyyət 17:03
GUAM İran dronlarının Naxçıvana hücumlarını pislədi
İran Naxçıvanda 4 pilotsuz uçuş aparatı hücumu edib
Cəmiyyət 16:55
İran Naxçıvanda 4 pilotsuz uçuş aparatı hücumu edib
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
Cəmiyyət 16:44
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
Naxçıvan aeroportunda daxili və xarici uçuşlar müvəqqəti dayandırılıb
Cəmiyyət 16:36
Naxçıvan aeroportunda daxili və xarici uçuşlar müvəqqəti dayandırılıb
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub
Cəmiyyət 16:17
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub
Baş Prokurorluq Naxçıvandakı hadisəyə görə cinayət işi açıb
Cəmiyyət 15:47
Baş Prokurorluq Naxçıvandakı hadisəyə görə cinayət işi açıb
İranın hücumu nəticəsində 4 nəfər xəsarət alıb/Yenilənib
Cəmiyyət 14:50
İranın hücumu nəticəsində 4 nəfər xəsarət alıb/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol