• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

ADY nəyə görə hələ də bəzi daxili reysləri bərpa etmir?

ADY nəyə görə hələ də bəzi daxili reysləri bərpa etmir?
07.08.2023 16:14
Pandemiya dövründə fəaliyyəti dayandırılan amma hələ də fəaliyyətinin bərpa olunmadığı qatarlardan bəziləri Bakı - Astara, Bakı - Balakən və Bakı - Yalama qatarlarıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə,  bu situasiya sırf dəmir yollarının istifadəsinin bu gün yararsız vəziyyətdə olması ilə bağlıdır. 

"Dəmir yolu ilə sərnişin və yükdaşımanın daha rahat və təhlükəsiz olduğunu artıq bütün dünya qəbul edib və biz də bunun tərəfdarıyıq ki, Azərbaycanda da bu istiqamətdə addım atılmalıdır. Pandemiya hələ də bitməyib. Nazirlər Kabinetinin qərarı ilə hələ də pandemiya davam edir və bir sıra məhdudiyyətlərə qüvvədədir. Dəmir yolları ilə bağlı isə bu situasiya sırf dəmir yollarının istifadəsinin bu gün yararsız olmasıdır. Hazırda Bakı-Yalama dəmir yolu hissəsində təmir işləri aparılır. Çünki Bakı-Yalama, Bakı-Astara və Bakı-Balakən dəmir yollarının heç biri normal sərnişindaşıma üçün deyil. İllərdir bu əsaslı təmir olunmayıb. Keçmiş rəhbərliyin məsuliyyətsizliyi, işə ciddi yanaşmaması və diqqətsizliyinin nəticəsidir ki, bu günkü rəhbərlik bütün istiqamətlərdə əsaslı təmir işi aparır. Dəmir yollarında qəza baş verəndə onlarla insan ölür. Bunu biz dünyada qəza baş verəndə görürük. Bu xətlərin sərnişindaşıma üçün yararlı omadığını  bilə-bilə insanları ölümə göndərə bilmərik. Hazırda Bakı-Yalama istiqamətində yenidənqurma işləri aparılır. 2024-cü ilin sonunda bunun başa çatacağı planlaşdırılır. Yevlax-Balakən dəmir yolu da  köhnə və bərbat vəziyyətdədir. Bu gün orada qatarın orta sürəti 30 km/saatdır. Bu nə deməkdir? Yüksək sürətlə gedən qatar orada qəzaya düşəcək. İnsanları ölümə göndərmək olmaz. Bakı-Astara dəmir yolunun da əsaslı bərpaya ehtiyacı var.  Dəmir yolu köhnəlib, əsaslı təmir işi aparılmayıb və qatarların sürəti 40 km-dən yuxarı qalxmır. Qaldırsalar ağır fəsatlar yaşanacaq, bu baxımdan, hazırda dediyimiz bu istiqamətlərdə təmir işləri gedir", - Elməddin Muradlı bildirib.
 
Ona görə, gələn il artıq bir çox istiqamətdə dəmir yolu hərəkətini bərpa etmək olacaq. 
 
"Bu gün artıq dəmir yolları Ağdamda da sürətli qatarları nümayiş etdirdi. Ağdamda artıq illərdir ermənilərin darmadağın etdiyi xətlər bərpa olunur. Zəngilan istiqamətində artıq nə qədər işlər görülüb. Bu istiqamətlərdə işlər görüldüyü üçün, digər istiqamətlərdə işlərin ləng getməsi normaldır. Sərnişindaşıma, yükdaşıma işlərinin əksər hissəsi Azərbaycan Dəmir Yollarının üstünə yönəlir. Amma bizim dəmir yollarının qoruq ərazisində  evlər və obyektlər tikilib. Başqa ölkələrdə, dəmir yolları ətrafında quş da uçmur ki, qatar rahat yüksək sürətlə hərəkət etsin. Azərbaycanda belə deyil. Qatar yola çıxır, maşinist bir də görür ki,  mal-qara sürüsü yola çıxdı.  Azərbaycanda əslində dəmir yolu sistemi yaxşı qurulmuşdu. Amma sonradan  qoruyub saxlaya bilmədilər. Qoruq əraziləri satdılar və ev tikild. Məsələn dəmir yolundan 2 metr məsafədə ev tikilib. Burda sürət qatarı necə hərəkət edə bilər? Belə bir vəziyyət olduğuna görə təmir və bərpa işləri aparılmalıdır”, - Muradlı deyib.

 "Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən isə bildirdilər ki, gələn ildən idarə Bakı-Böyük kəsik, Bakı-Balakən, Bakı-Astara, Bakı-Yalama istiqamətlərində qatarların xəttə buraxılmasını bərpa etməyi düşünür. Bunun üçün dəmir yollarının bərpası və əsaslı tikintisi planlaşdırılır. 

Statistikaya görə, ötən ilin ilk yeddi ayında Azərbaycan Dəmir Yollarının sürətli qatarları ilə 2 milyon 490 min 436 nəfər daşınıb.
 
Rabia Hale Seferoğlu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava məkanının bağlanması səbəbilə Bakıdan uçan bəzi reyslərin marşrutu dəyişib
Cəmiyyət 00:15
Hava məkanının bağlanması səbəbilə Bakıdan uçan bəzi reyslərin marşrutu dəyişib
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə uçan təyyarəsi geri qayıdıb
Cəmiyyət 23:14
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə uçan təyyarəsi geri qayıdıb
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 23:00
Bu ərazidə işıq olmayacaq
Daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb
Cəmiyyət 19:16
Daha 3 ünvanda mindirib-düşürmə yerləri yaradılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:11
Bu ərazilərdə qaz olmayacaq
Faktiki hava açıqlanıb
Cəmiyyət 18:50
Faktiki hava açıqlanıb
Cəlilabadda mikroavtobusla motosiklet toqquşub, xəsarət alan var
Cəmiyyət 18:25
Cəlilabadda mikroavtobusla motosiklet toqquşub, xəsarət alan var
5 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 18:07
5 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşib
Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan 30%-lik xüsusi endirim!
Cəmiyyət 17:30
Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan 30%-lik xüsusi endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol