• $
  • £

Danimarkanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Danimarkanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
07.08.2023 21:15
Danimarkanın Tehrandakı səfiri Cesper Var İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona Danimarka və İsveçdə Qurana qarşı təhqiramiz hərəkətlərə etiraz edilib. Bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

"Bu səhər Danimarkanın Tehrandakı səfiri Qurani-Kərimin dəfələrlə təhqir olunmasına etiraz olaraq İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə departamentinin rəhbəri tərəfindən çağırılıb. Bu hərəkətlərin davam etdirilməsinə İranın kəskin etirazı Danimarka səfirinə çatdırılıb”, -o bildirib.

Kənani vurğulayıb ki, İran Quranın təhqir olunmasını "faydasız İsrail layihəsi” hesab edir, lakin onun sözlərinə görə, "bu fakt... bu cinayətlərin baş verdiyi ölkələrin məsuliyyətini azaltmır”,- XİN rəsmisi vurğulayıb.

Çərşənbə günü Kopenhagendə anti-islam və ultra-millətçi "Danske Patrioter" (Danimarka Patriotları) qrupunun üzvləri müsəlmanların müqəddəs kitabına qarşı təxribat törədiblər.

Bir qrup təxribatçı Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında İslamı təhqir edən təhqiramiz şüarlar səsləndirib və Quranın bir nüsxəsini yandırıblar. Onlar İslam əleyhinə pankartlar açıb türk mallarını boykot etməyə çağırıblar.


Təxribat polisin nəzarəti və mühafizəsi altında baş verib.


İyulun 27-də İraqın Danimarkadakı səfirliyinin qarşısında Quran yandırılıb. İyulun 28-də isə Kopenhagendə sağçı radikal "Danske Patrioter” qrupunun nümayəndələri Misir və Türkiyə səfirliklərinin binaları qarşısında Quranı yandırıblar.

 

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Cəmiyyət 14:54
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Qəzzaya humanitar yardım edilib
Cəmiyyət 15:59
Qəzzaya humanitar yardım edilib
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Cəmiyyət 17:11
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
Cəmiyyət 15:29
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
Cəmiyyət 15:47
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
BƏƏ Durovun həbsi səbəbindən  Fransa ilə razılaşmanı pozub
Cəmiyyət 16:48
BƏƏ Durovun həbsi səbəbindən Fransa ilə razılaşmanı pozub
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Cəmiyyət 17:15
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Gürcüstanda partiya Putinə müraciət edib
Cəmiyyət 13:51
Gürcüstanda partiya Putinə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol