Çinin XİN rəhbəri Lavrovla Ukraynadakı müharibəni müzakirə edib
Çinin xarici işlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla Ukraynadakı müharibəni müzakirə edib.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Van İ vurğulayıb ki, Ukraynadakı müharibə ilə bağlı Çin müstəqil və qərəzsiz mövqe nümayiş etdirəcək, obyektiv və rasional fikir bildirəcək, "sülh danışıqlarını” fəal şəkildə təşviq edəcək və istənilən beynəlxalq çoxtərəfli hadisənin siyasi həllini axtaracaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox