Prezident Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə "İstiqlal” ordenini təqdim edib. Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.
Avqustun 7-də ölkə başçısı İlham Əliyev xalq artisti Rasim Balayevə "İstiqlal" ordeni verilməsi ilə bağlı sərəncam imzalayıb.
Azərbaycanın xalq artisti Rasim Balayevin bu gün-avqustun 8-də 75 yaşı tamam olur. Balayev 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir.
Xalq artisti həm də prezident təqaüdçüsüdür. O Azərbaycan kinosununda bir çox filmlərin əsas qəhrəmanı kimi yadda qalıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər