Dövlət qurumlarının elektron sistemləri niyə tez-tez çökür?- AÇIQLAMA
Bu gün Elm və Təhsil Nazirliyinin bağçalara elektron qəbul prosesi zamanı sistemi girişində problem yaşanıb. Bu barədə valideynlər sosial şəbəkə hesablarında bildirərək narazılıq ifadə edib. Onlar bildiriblər ki, sistemdə yaranan texniki problemə görə bağça seçmək imkanından məhrum olublar.
Valideyn Ömər Xıdırov vurğulayır ki, saat 11-də sistem çöküb. 8 dəqiqə sonra daxil olanda növbəyə yazılacağı bağçanın nömrəsi sistemdə gösənməyib.
Nigar Həsənova da yazıır ki, uşağını elektron bazada ilk dəfə qeydiyyatdan keçirməyə cəhd edəndə onun övladının sistemdə olması ilə bağlı bidirişindən təəcüblənib. Nəticədə isə o uşağı üçün bağça seçə bilməyib.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirir ki, problemin yaranma səbəbi daxili infrastrukturdan qaynaqlanır.
"Təssüf ki, Azərbaycanda bir çox dövlət qurumları bir-birilərinin xətalarını təkrarlayırlar. Bura infrastruktur, yükləmələr, adiyyatı qurumlardan gələn servislər, sistemin özünün xətaları daxildir. Ümumiyyətlə sistemə eyni anda yükləmə olduqda Azərbaycanda bir çox qurumlarda yükləməni düzgün təyin edə bilmirlər. Seçimlər zamanı prosesin həcmi artırıla bilir, daha sonra istifadə olunmadığı dövrlərdə isə azaldıla bilir. Dövlət qurumları infrastruktur alarkən, yükləməni tam təyin edə bilmədikləri üçün serverin gücü mövcud yüklənməyə dayanıqlı olmur. Misal üçün MİDA-da əvvəlki illərdə təhlükəsizliklə və ekektron sistemə girişlə bağlı problemlər olub. Ən sonda isə seçimlər zamanı sistemin özünün texniki xətaları ucbatından insanlar narazı qalıblar. Hal-hazırda prosesi tam bilməsək də, bu sadalanan problemlər dövlət qurumlarında aradan qaldırılmalıdır. Sistem necə yaradılırsa o tipdə də işləyəcək. Avropa ölkələrində bu tip sistemlər dəfələrlə sınaqdan keçirilir. Onlar infrastruktura böyük həcmdə investisiya qoyurlar'',- sədr əlavə edib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də Elm və Təhsil nazirliyinin elektron sistemində problem olmasını təsdiqləyib və bir neçə təkliflər irləi sürüb.
1. Qeydiyyatdan keçənlərin, bağçalardakı boş yerlərin, növbə üçün üstünlük hüququ olanların sayı və s. bu tip ictimai əhəmiyyət kəsb edən statistika öncədən açıqlanmalıdır.
2. Üstünlük hüququ olanların bağçalarda növbədənkənar yer tutması prosesinə növbə siyahısında olan valideynlərin nəzarət edə bilməsi üçün şəxsi kabinetlərdə imkanlar yaradılmalıdır.
3. ETN-nin valideynlərə və şagirdlərə yönəlik faydalı e-xidmətləri ( bağçalara qəbul, 1-ci sinfə qəbul, hazırlığa qəbul, şagird yerdəyişmələri və s.) üçün vahid bir DEMO versiyanın hazırlanması və daimi olaraq valideynlərin ixtiyarına verilməsi zəruridir və faydalı olardı.
4. ETN bu tip onlayn proseslərin sosial mediada canlı yayımını təşkil etməsi də faydalı olardı.
5. Onlayn növbəyaratma və digər bu tip seçimlərdən sonra prosesi tam xarakterizə edən geniş açıqlama verilməlidir.
Şikayətlərin fərdi olaraq araşdırılması və yekun açıqlamanın verilməsi də doğru olardı.
6. ETN-nin bu formada olan onlayn proseslər üçün ictimai nəzarət imkanlarnı yaratması da vacib və faydalı olardı.
7. ETN elektron resurslarının gücünü artırmalı, bu informasiya sistemlərinin, datanın yüklənməyə tab gətirməsi üçün əlavə resurslar ayırmalı, öncədən testlər və auditlər keçirilməlidir.
8. ETN öz xidmətlərini digər dövlət xidmətlərinə inteqrasiya etmək üçün RİNN-nin İRİA qurumu ilə birgə səylərini xeyli gücləndirməlidir. Bu istiqamətdə Nazirliyin görməli olduğu işlər çoxdur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər