Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-ə çatıb
Gürcüstanın Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin məlumatında bildirilib.
İtkin düşən daha bir neçə nəfərin axtarışlarının davam etdirildiyi bildirilib.
Avqustun 3-də baş vermiş təbii fəlakət nəticəsində körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib. Xilasedicilər 210 nəfəri təxliyə ediblər.
Aİ-nin Gürcüstandakı nümayəndəliyi hadisə nəticəsində dəyərli insanların itkisinə görə başsağlığı verib.
Baş verən hadisəyə görə Gürcüstanda matəm elan olunub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox