• $
  • £

Belarusun 101 dövlət məmurunun Amerika giriş vizalarının verilməsinə qadağa qoyulub

Belarusun 101 dövlət məmurunun Amerika giriş vizalarının verilməsinə qadağa qoyulub
09.08.2023 21:24
Belarusun 101 dövlət məmurunun Amerika giriş vizalarının verilməsinə qadağa qoyulub. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Biz rejimin 101 məmuru və onlarla əlaqəli olan şəxslərə də viza məhdudiyyəti tətbiq edirik”, - Amerika xarici siyasət idarəsinin rəhbəri  vurğulayıb.

Blinken həmçinin müxtəlif cinayətlərdə təqsirli bilinən müxalifət nümayəndələrini – Mariya Kolesnikova, Sergey Tixanovski, Viktor Babarikonu azad etməyə çağırıb.

ABŞ daha əvvəl Belarusa qarşı sanksiyalar siyahısına daha səkkiz fiziki şəxs və beş qurum, həmçinin bir aviaşirkət əlavə edib.

Bildirilib ki, Belarusun milli aviaşirkəti "Belaviya”, Belarus Dövlət Nəzarət Komitəsinin maliyyə araşdırmaları departamenti, Minsk Mülki Aviasiya Zavodu da "qara siyahı”ya əlavə edilib.

Diplomatik mənbələrin məlumatına görə, Aİ Belarusa qarşı sanksiyalar rejimini hələ də Qərb tərəfindən alınan Belarus gübrələrinə istisnalar qoymadan Rusiyaya qarşı məhdudiyyətlərlə sinxronlaşdırmaq niyyətindədir.

Belarusda prezident seçkiləri 9 avqust 2020-ci ildə keçirilib. MSK-nın məlumatına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80,1% səslə qalib gəlib. İkinci yeri 10,12% səslə seçkinin nəticələrini tanımayan Svetlana Tixanovskaya tutub.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol