• $
  • £

Mali Fransa vətəndaşlarına viza verilməsini dayandırıb

Mali Fransa vətəndaşlarına viza verilməsini dayandırıb
10.08.2023 19:39
Nigerdən sonra xunta rejiminin idarə etdiyi digər Afrika ölkəsi Mali də Fransa ilə vizaları dayandırdığını açıqlayıb.

Bu barədə Mali Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib.

Nigerdəki hərbi çevrilişdən sonra Fransa hökuməti Malini səyahət edilməməsi tövsiyə olunan ölkələrin daxil olduğu "qırmızı zona”ya daxil edib və bu həftənin əvvəlində Fransanın Bamakodakı səfirliyi yeni viza müraciətlərini dayandırıb.

Fransanın bu davranışına Malidən cavab gecikməyib. Mali Xarici İşlər Nazirliyi Fransanın bu qərarına "qisas" olaraq Paris səfirliyində Fransa vətəndaşları üçün yeni vizaların dayandırıldığını açıqlayıb. Nazirliyin açıqlamasında Fransanın bu qərarının böyük sürprizlə qarşılandığı bildirilib.

Fransa ilə Mali arasında münasibətlər 2020-ci ildə Malidə dövlət çevrilişi nəticəsində hərbçilər hakimiyyəti ələ keçirdikdən sonra pisləşib.

Digər tərəfdən, Fransa adına viza müraciətlərini qəbul edən Capago şirkəti Fransanın 2022-ci ildə çevrilişin baş verdiyi və hərbi idarənin yerləşdiyi Burkina Faso vətəndaşlarına viza verilməsini dayandırdığını açıqlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol