• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Azərbaycanda ÜDM 0,7% artıb

Azərbaycanda ÜDM 0,7% artıb
11.08.2023 12:38
2023-cü ilin yanvar-iyulunda  Azərbaycanda ÜDM-in nominal həcmi 70 milyard 372,2 milyon manat təşkil edib, real iqtisadi artım 0,7% olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

2023-cü ilin birinci yarısının yekunlarına görə, Azərbaycanda ÜDM 0,5% artıb.
 
Bu ilin yanvar-iyulunda qeyri-neft-qaz sektorunda ÜDM istehsalı 3,4% artıb, neft-qaz sektorunda isə 2,2% azalıb. 

ÜDM-in strukturunda sənaye 42,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 9,4 faiz, nəqliyyat və anbar təsərrüfatı 6,1 faiz, kənd və meşə təsərrüfatı, balıqçılıq 6 faiz, tikinti 4,9 faiz, turistlərin yerləşdirilməsi və iaşə obyektləri - 2,3 faiz, informasiya və rabitə sektoru üzrə - 1,6 faiz, digər sektorlar üzrə - 17,7 faiz təşkil edib.

Vergilərin ÜDM-də xüsusi çəkisi 9,2% olub.

Yanvar-iyulda adambaşına düşən ÜDM 6938,8 manat təşkil edib.

Azərbaycanın 2023-cü il üçün ÜDM artımının yenilənmiş proqnozlara əsasən 1,8% olacağı gözlənilir. O cümlədən qeyri-neft sektorunda  4,9% artım , neft sektorunda 1,5% azalma proqnozlaşdırılır.

2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,6%, o cümlədən qeyri-neft-qaz sektorunun artımı 9,1% təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Ölkədə problemli kreditlər artıb
İqtisadiyyat 14:57
Ölkədə problemli kreditlər artıb
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
İqtisadiyyat 14:32
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol