Qanunsuz işdən çıxarılan 48 nəfər əvvəlki işinə bərpa edilib

2023-cü ilin yanvar-iyulunda qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 48 işçinin yenidən əvvəlki işlərinə bərpa olunub. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.
Bildirilir ki, işəgötürənlər tərəfindən ödənilməsi gecikdirilən 317 min manatdan çox məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib
Həmin vəsaitin 76%-i əmək haqları, 22 faizi müavinət və kompensassiyalar, qalan hissəsi isə zərərə görə ödənclər olub.
Xidmət tərəfindən 8091 sayda ərizə (şikayət) araşdırılıb, 4211 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 5108 vətəndaş fərdi qaydada qəbul edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər