• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Ketrin Eştonun İrana rəsmi səfəri başlayıb

Ketrin Eştonun İrana rəsmi səfəri başlayıb
09.03.2014 10:30

Avropa Birliyi (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin İrana səfəri başlayıb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Ketrin Eştonu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı qarşılayıb.

AB rəsmisi üçgünlük səfəri çərçivəsində martın 9-da günorta saatlarında bir işgüzar naharda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

 

K. Eşton həmçinin İran prezidenti Həsən Ruhani, ölkə parlamentinin sədri Əli Laricani, İran Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani ilə də bir araya gələcək.

 

AB rəsmisi İran rəsmiləri ilə görüşlərini bitirdikdən sonra martın 10-da İsfahan şəhərinə gedəcək və burada tarixi, maddi-mədəniyyət abidələrini ziyarət edəcək.

 

K.Eştonun İran rəsmiləri ilə keçirəcəyi görüşlərdə rəsmi Tehranla AB arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və nüvə məsələsi əsas müzakirə mövzusu olacaq.

 

Qeyd edək ki, K.Eştonu bu səfərdə müavini Helqa Şmidt və xüsusi köməkçisi Stefan Kolment müşayiət edir. Bu, onun AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi kimi də İrana ilk rəsmi səfəridir. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
Dünya 13:37
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Dünya 11:58
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Dünya 09:28
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Dünya 09:14
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Dünya 09:00
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Dünya 23:35
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Dünya 23:00
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Dünya 22:50
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol