Azərbaycan Türkmənistandan svop qazı tədarükünü 2 dəfə artırıb

Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün günlük həcmini 4,5 - 5 milyon kubmetrdən 7,-7,5 milyon kubmetrə qədər artırıb.
Bu barədə İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Hales "TASS”a məlumat verib.
Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə əsasən indi svop tədarükü 7-7,5 milyon kubmetrə qədər artıb. Serah xəttində svop tədarük potensialı gündəlik 20 milyon kubmetrə qədərdir”-deyə, o bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər