XİN İrandakı terror aktını pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi İranın Şiraz şəhərindəki terror aktını pisləyib. Bu barədə nazirliyin rəsmi "X" sosial hesabında paylaşımı olub.
"Azərbaycan terrorizmdən əziyyət çəkir və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumda həlak olanların ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk", - paylaşımda bildirilib.
Avqustun 13-də İranın Şiraz şəhərində Şah Çıraq ziyarətində terror aktı baş verib. Hadisə nətincəsində 7 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.
Adıçəkilən ziyarətgahda 2022-ci ildə də terror aktı qeydə alınmışdı.
Yanvarın 27-də Tehranda yerləşən Azərbaycan səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin mühafizə rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin digər iki əməkdaşı yaralanıb. Tehran polisinin komandiri general Hüseyn Rəhimi mətbuata açıqlamasında bildirib ki, hadisəni törədən şəxs həbs olunub. İlkin məlumata görə hadisə şəxsi məsələ zəmnində baş verib.
Azərbaycan prezidenti və Xarici İşlər Nazirliyi baş verən hadisəni terror aktı kimi qiymətləndirib. İran baş verən hadisəyə görə istintaqda cinayəti törədən şəxsə ən ağır cəza verəcəyini açıqlasa da hələlik bununla bağlı ciddi tədbir görməyib.
Gülnar
www.anews.az