• $
  • £

Yelo Bank “Yelaw Boot Camp” proqramını elan edir

Yelo Bank “Yelaw Boot Camp” proqramını elan edir
14.08.2023 15:21
Gənclər üçün təcrübə proqramları və silsilə layihələr həyata keçirən Yelo Bank növbəti proqrama start verir. Bu dəfə "Yelaw Boot Camp” proqramı vasitəsilə bank fəaliyyətinin hüquqi tənzimlənməsi üzrə kadr hazırlığı həyata keçiriləcək. Layihəyə seçilən gənclər praktiki biliklərə yiyələnəcək, korporativ iş mühiti ilə tanış olacaq və real karyera imkanı əldə edəcəklər.


Ali təhsil müəssisələrin hüquq üzrə bakalavr və magistr pilləsində təhsil alan, eləcə də yenicə məzun olmuş gənclər proqrama müraciət edə bilərlər. Müraciətlər onlayn qaydada aparılır, iştirak etmək istəyənlər BURADAN qeydiyyatdan keçə bilərlər. Tələblərə uyğun namizədlər test mərhələsini keçdikdən sonra müsahibəyə dəvət ediləcək. Hər iki mərhələdən uğurla keçən 15 gənc proqramda iştirak hüququ qazanacaq. 


5 həftə ərzində iştirakçılar bank fəaliyyətinin hüquqi tənzimlənməsinə dair təkcə nəzəri deyil, həm də praktiki biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlər peşəkar hüquqşünaslarının mentorluğu ilə baş tutacaqdır. Proqramı uğurla başa vurmuş iştirakçılar dərhal Yelo Bank-da işlə təmin olunacaqlar.


Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq Yelo Bank təcrübəsiz, lakin istedadlı kadrların yetişdirilməsinə və onların inkişafının dəstəklənməsinə önəm verir. Bu və digər layihələr ilə bağlı ətraflı məlumatı yelo.az veb-saytını ziyarət edərək və ya Bankın rəsmi sosial media hesablarına yazaraq əldə edə bilərsiniz.


Valyuta məzənnəsi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 


Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Hesablama Palatası: büdcədə 299 mln manat uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:21
Hesablama Palatası: büdcədə 299 mln manat uyğunsuzluq aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol