• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Azərbaycana düyü ixracında problem yarana bilərmi? - AÇIQLAMA

Azərbaycana düyü ixracında problem yarana bilərmi? - AÇIQLAMA
15.08.2023 18:40
2023-cü il iyulun 20-də Hindistan hökuməti basmati olmayan ağ düyü ixracını dərhal dayandıracağını elan edib.  Hökumətin bəyanatına görə, bu addım düyü qiymətlərini aşağı salmağa və Hindistan bazarında bu məhsula olan tələbatı ödəmək məqsədi daşıyır. 
 
BMT-nin Ərzaq və Kənd Təssərrüfatı Təşkilatı (FAO) tərəfindən dərc edilən Düyü Qiymətləri İndeksində bildirilib ki, düyü qiymətlərində artım müşahidə edilib. 

Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü Cavanşir Paşazadə Azərbaycanda indi və ya gələcəkdə düyü problemi olacağını fikirləşmir.

"Təbii ki, Hindistan düyü istehsalında çox böyük yer tutur və demək olar ki, hardasa müəyyən böyük hissəsi Hindistanın düyü məsələsində üstünə düşür. Axır 10 ildə, Azərbaycanda da Cənub bölgəsində düyü istehsal olunur və insanlarımız bundan istifadə edirlər. Buna baxmayaraq, bu bizim düyü tələbatımızı qarşılamır. Azərbaycan bilirsiniz ki, həm buğda da həm də digər sahələrdə bütün müqavilələri artıq bağlamışdır. Mən elə həsab edirəm ki, Azərbaycanın gələcəkdə düyü ixracı ilə bağlı heç bir problemi olmayacaq. Əlbəttə ki, itxal və ixracla bağlı iqtisadiyyat nazirliyimizin hər sahədə insanların tələbatı nə qədərdirsə o qədər müqavilə bağlanır. Nə qədər məhsulun idxal və ixracı olacaqdırsa müqavilələr elə bağlanır. Bizim ölkəmizdə indi də, gələcəkdə də çörək və düyü problemi olmayacaq. Gələcəkdə də bunların sayı artacaq və dövlətimiz hər şeyə hazır olacaq”, - Cavanşir Paşazadə deyib.

O həmçinin bildirib ki, xalqın tələbatlarını nazirliklər ilin əvvəlində müqavilələrlə həll etdiyinə görə düyü satışlarında heç bir problem olmayacaq. 

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev Azərbaycanda düyü tələbatında bir problem yaşanmayacağını çünki Azərbaycanın bir çox dünya ölkələri ilə ticarət əlaqələri olduğunu deyib. 

"Hindistanın Azərbaycanla bir çox sahələrdə ticarət əlaqələri var. Bu əlaqələr sistemində təbii ki, düyü ixracı da əhəmiyyətli yer tutur. Ancaq Hindistan bəzi ölkələr kimi Azərbaycana münasibətdə bir o qədər də yaxşı mövqədə deyil. Çünki qonşusu Pakistan kimi və Azərbaycanın haqq və ədalət mübarizəsini heç vaxt dəstəkləməyib. Ermənistana silah-sürsət satmaqda bu gün öncül yerlərdən birindədir. Bəzi düyü növlərinin ixracının azaldılması fikrində olması da, bu münasibətlərdən qaynaqlanır. Ancaq bilirəm ki, bu heç bir problem yarada bilməz. Azərbaycan dünyanın bir çox ölkələri ilə ticarət əlaqələri qurub. Eləcə də, Azərbaycan Hindistan olmasa belə Pakistandan hələ də düyü ixrac edə bilər. Sözsüz ki, düyü çox əhəmiyyətli qida məhsuludur. Ancaq bu Azərbaycanda digər ərzaq məhsulları kimi bir o qədər də geniş istifadə edilmir. Buna baxmayaraq, düyü ixracında problemlər yaranmasın deyə hökumətin özünün tədbirləri var və bu tədbirlər öz vaxtında həyata keçiriləcək. Düyünün qiymətlərinin artırılması dünya bazarında qiymətlərin stabil olmaması ilə əlaqədardır. Xarici ölkələrdə bu sahədə müəyyən çətinliklər varsa, Azərbaycanda düyü ixrac edən ölkə kimi bu qiymətlərin artımı ilə razılaşmalıdır və bu da ölkədə müəyyən təsiri göstərməlidir. Ancaq düyü ixracında müəyyən problemlərin yaranması və Hindistanın bəzi düyü növlərinin ixracını azaltması heç də narahatçılıq doğurmamalıdır. Digər ölkələr var və ondan əlavə Azərbaycanda bu sahəyə müəyyən diqqət var. Bizim elə rayonlarımız var ki, Cənub rayonları, Ağdaş rayonu, və burada düyü əkib-bəcərmək üçün imkanlar mövcuddur. Bu imkanlar araşdırılmalıdır. Tələb təkliflə əlaqədar problemlər problemlər aradan qaldırılmalıdır. Düyü çox su sevən bir bitkidir ona görə də bunun yetişdirilməsi müəyyən qayda da çətinliklər yaradır. Ancaq, əgər, zərurat yaradılarsa Azərbaycan bu problemləri aradan qaldırmaq tələbatı var”, - Tahir Rzayev söyləyib. 

Tahir Rzayev həmçinin deyib ki, əgər düyü tələbatı olsa Azərbaycan hökümətinin bu problemləri aradan qaldırmaq üçün bir sıra tədbirləri var. 

Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli həm yerli istehsal edilən düyünün ,həm də idxal edilən düyünün qiymətlərinin artacağını vurğulayıb. 

"Azərbaycan bir başa Hindistandan aşırı dərəcədə düyü idxal eləmir, müəyyən qədər edir. Amma məsələ burasındadir ki, Hindistan və yalnız Hindistan yox digər ölkələrin də idxalını məhdudlaşdırması və dayandırmasından dolayı dünya bazarında düyünün qiyməti bahalaşacaq. Belə olan halda bütün düyü istehsalçıları düyünün qiymətini artıracaq. Onda dünya bazarının bahalaşması sözsüz ki, Azərbaycan bazarına da təsir edəcək. Biz ölkə daxilində düyü tələbatının sadəcə 30%-ini qarşılayırıq. Düyü istehsalı var Azərbaycanda amma kifayət deyildir. Düyü istehsalının 70%-dən çoxunu idxal edirik. Biz məsələn müəyyən strategiyalar seçə bilərik. Misal üçün, münasibətimiz yaxşı olan ölkələr, Pakistan kimi ölkələrdən ticari münasibətlərimizi genişləndirə bilərik. Bahalaşmanın da bir qədər qarşısını ala bilərik. Məsələ burdadır ki, Azərbaycanın daxili iqtisadiyyatı ixracçı iqtisadiyyatdır. Yəni dövlət iqtisadiyyatının əsas hissəsinə ixracçılar tutur. İxracçılar da heç vaxt qiymətlərin ucuzlaşdırılması barədə düşünmür. Onların gəlirlərini artması yalnız qiymətin bahalaşması strategiyası ilə olur. Məsələn mənim bu rəyim belə qiymətlərin artımına səbəb ola bilər. Yəni informasiya təsir edir artıq bu məsələlərə. Mənim fikrimcə, Azərbaycanda qiymətlərin bahalaşması qaçınılmazdır", - Akif Nəsirli deyib. 

İqtisadçı-ekspertin fikrincə, ölkə daxili qiymətlərin artımına ən çox informasiyanın yayılması səbəb olur. 

Dünyada düyünün qiyməti iyulda iyun ilə müqayisədə 2,8%, 2022-ci ilin iyulu ilə müqayisədə artım 19,7% artıb və 129,7 bənd təşkil edib. Bu 2011-ci ilin sentyabrından bəri qeyd edilən ən yüksək qiymətdir. 
 
Rabia Hale Seferoğlu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Ölkədə problemli kreditlər artıb
İqtisadiyyat 14:57
Ölkədə problemli kreditlər artıb
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
İqtisadiyyat 14:32
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol