• $
  • £

ABŞ-ın Rusiyadakı səfiri istintaq təcridxanasında jurnalist Qerşkoviçə baş çəkib

ABŞ-ın Rusiyadakı səfiri istintaq təcridxanasında jurnalist Qerşkoviçə baş çəkib
14.08.2023 22:28
ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi konsulluq icazəsi alıb və casusluqda ittiham olunan Amerikanın "The Wall Street Journal” qəzetinin müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçə həbsxanada baş çəkib. Bu barədə "The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, diplomat jurnalistlə avqustun 14-də bazar ertəsi görüşüb.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanı Evan Herşkoviçi "dərhal azad etməyə” çağıran qətnaməni yekdilliklə qəbul edib. Bütün 422 konqresmen bu təşəbbüsü dəstəkləyib. Qətnamə ABŞ prezidenti Co Bayden administrasiyasını Rusiya hakimiyyəti ilə bütün təmaslarda bu amerikalı jurnalistin taleyi ilə bağlı məsələ qaldırmağa, həmçinin onun dərhal azadlığa buraxılmasına çağırır.
Mayın 23-də Moskvanın Lefortovo Məhkəməsi jurnalist Qerşkoviçin həbs müddətini avqustun 30-dək uzadıb.

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, Gerşkoviç Amerika tərəfinin göstərişi ilə dövlət sirri təşkil edən, xüsusən də Rusiyanın hərbi-sənaye kompleksinin müəssisəsi haqqında məlumat toplayıb. Jurnalist 2023-cü il martın sonunda Yekaterinburqda saxlanılıb.

31 yaşlı Qerşkoviçə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi başlanıb. Amerikalının təqsiri sübuta yetirilərsə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin bu maddəsi ilə 20 ilədək həbs cəzası ala bilər.

Bundan əvvəl ABŞ-ın rusiyalı diplomatları işə cəlb etmək cəhdləri barədə məlumat yayılmışdı.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Иран: Ормузский пролив открыт
Dünya 16:00
Иран: Ормузский пролив открыт
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol