• $
  • £

Almaniya Ukraynaya hər il 5 milyard avro ayırmağı planlaşdırır

Almaniya Ukraynaya hər il 5 milyard avro ayırmağı planlaşdırır
14.08.2023 23:17
Almaniya Ukraynaya kömək üçün hər il 5 milyard avro ayırmaq niyyətindədir.

"Ukrinform" xəbər verir ki,bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.

Onun sözlərinə görə, bu, silah tədarükünə də aiddir. O, Kiyevə səfəri zamanı bildirib ki, Almaniya artıq Ukraynaya yardımın illik maliyyələşdirilməsi proqramı hazırlayıb. Amma onun qüvvəyə minməsi üçün belə bir təşəbbüsün hələ də Almaniya parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.

Lindner əmin edib ki, Almaniya lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcək. Onun sözlərinə görə, Almaniya artıq Ukraynaya 22 milyard avro maliyyə dəstəyi, o cümlədən, 12 milyard avro hərbi yardım ayırıb.

Almaniya rəsmisi, həmçinin, ukraynalı həmkarı Sergey Marçenko ilə ölkələr arasında əməkdaşlığı gücləndirmək niyyəti haqqında bəyannamə imzalayıb.

Bu, Almaniyanın Ukraynaya gömrük siyasəti, maliyyə bazarının monitorinqi, dövlət investisiyalarının idarə edilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsi sahələrində məsləhətçi yardım göstərməsini nəzərdə tutur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol