• $
  • £

Xarici şirkətlər Qarabağda “yaşıl enerji”yə investisiya yatırmaqda maraqlıdırlar

Xarici şirkətlər Qarabağda “yaşıl enerji”yə investisiya yatırmaqda maraqlıdırlar
15.08.2023 18:24
Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Çinin "Gezhouba Group" şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji” layihələrinə investisiya yatırmaqda maraqlıdırlar.

Energetika Nazirliyinin məlumata görə, bu barədə "yaşıl enerji” sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələrinin Laçın rayonuna səfəri zamanı bildirilib.

Səfər Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin rəhbərliyi ilə baş tutub.

Tərəflər arasında növbəti görüşlərin keçirilməsi və müzakirələrin aparılmasına qərar verilib.

Bildirilir ki, Azərbaycan Prezidentinin müvafiq göstərişinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması istiqamətində tədbirlər davam etdirilir.

"Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər ciddi bərpa olunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərir", - nazirlik qeyd edib.

Səfər çərçivəsində əvvəlcə Laçında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş keçirilib. Görüşdə Laçın rayonunda "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən layihələr, rayonun Minkənd ərazisində külək elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulan ərazilər barədə fikir mübadiləsi aparılıb.

Bioenerji, enerji səmərəliliyi, binalarda günəş enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlər müzakirə edilib. Bərpa olunan enerji sahəsində milli kontentin yaradılmasının xüsusi maraq kəsb etdiyi vurğulanıb. Bildirilib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialının yüksək olduğu nəzərə alınaraq bu ərazilərdə külək elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Səfər zamanı nümayəndə heyəti Zəngilan rayonunda "ağıllı kənd” konsepsiyası əsasında salınmış Ağalı kəndində də olublar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Hesablama Palatası: büdcədə 299 mln manat uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:21
Hesablama Palatası: büdcədə 299 mln manat uyğunsuzluq aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol