Azərbaycanda tikinti materiallarının istehsalı 24% artıb
2023-cü ilin yanvar-iyulunda Azərbaycanda 592,9 milyon manatlıq (cari məzənnə ilə 348,7 milyon ABŞ dolları dəyərində ) tikinti materialları istehsal olunub ki, bu da 2022-ci ilin eyni aylarının göstəricisindən 24,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Statistikaya əsasən, sement istehsalının həcmi 2,089 milyon ton (artım 4%), yığma beton konstruksiyaların istehsalı 16,4 min kubmetr (azalma 35,2%), asfalt istehsalının həcmi 32,2 min ton (azalma 46,9%) təşkil edib.
Bundan başqa, tikinti kərpicinin istehsalı 318,9 min kubmetr (azalma 13,8%), tikinti şüşələrinin istehsalı 5,24 milyon kvadratmetr (artım 22,7%) təşkil edib.
Sement klinkeri 2,167 milyon ton (artım 13,1%), tikinti gipsi - 45,3 min ton (artım 2 dəfə), hazır beton qarışığı - 2,076 milyon ton (artım 14,6%), tikinti əhəngi - 32,3 min ton (artım 40,4%) istehsal edilib.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manatlıq (indiki məzənnə ilə 638,8 milyon ABŞ dolları) tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox