• $
  • £

Yeni Zelandiya COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edir

Yeni Zelandiya COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edir
15.08.2023 23:03
Yeni Zelandiya hökuməti avqustun 15-dən etibarən COVID-19 səbəbi ilə bütün ictimai sağlamlıq tələblərini (karantin məhdudiyyətlərini) ləğv edib.

Bu barədə səhiyyə naziri Ayeşi Verrall məlumat verib.

O bildirib ki, yaxın gələcəkdə yoluxma hallarının sayında dalğalanmalar gözlənilsə də, COVID-19-un ümumi yoluxma səviyyəsi və xəstəliyə görə xəstəxanaya yerləşdirilənlərin sayı iyun ayının əvvəlindən azalmaya doğru gedir.

Ayeşi Verrall həmçinin onu da qeyd edib ki, son bir ayda ölkədə COVID-19-a yoluxma hallarının sayı bu ilin fevralından indiyə qədər ən aşağı səviyyədə olub.

Avqustun 14-də xəstəxanaya daxil olanların cəmi 2,2 faizini COVID-19 infeksiyasına yoluxan şəxslər təşkil ediblər. 

Nazirin sözlərinə görə, Yeni Zelandiya çox güman ki, artıq qripin pik həddini keçib.

"Bundan əlavə, Yeni Zelandiya əhalisinin immunitet səviyyəsi də əsas verir ki, ölkə COVID-19-un qalan tələblərini də təhlükəsiz şəkildə aradan qaldırsın”, - deyə Ayeşi Verrall qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol