• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Aqrar Sığorta Fondu 6 ayda nə qədər ödəniş edib? - Rəsmi

Aqrar Sığorta Fondu 6 ayda nə qədər ödəniş edib? - Rəsmi
16.08.2023 10:17
2023-cü ilin altı ayında Aqrar Sığorta Fondu fermer və təsərrüfatlara 1 174,7 min manat ödəniş edib. Bu barədə Fonddan bildirilib. 
 
Ödənişlərin 742,3 min manatı bitkiçiliyə, 432,4 min manatı isə heyvandarlığa ayrılıb. 
 
Altı ayda 250-yə yaxın sahibkara sığorta ödənişləri verilib. Ən çox ödəniş pambıqçılıq sahəsi üzrə olub - 100 fermer və təsərrüfata 372 min manat ödəniş edilib. Arpa əkinləri üzrə 85 fermerə 190,7 min manat, buğda əkinləri üzrə isə 35 fermerə 158,2 min manat ödəniş həyata keçirilib.
 
2023-cü ilin altı ayında heyvanların sığortası üçün 4 506 müqavilə imzalanıb. 
 
Aqrar Sığorta Fondunun mayda açıqlanan məlumatına görə ilin əvvəlindən çağrı Mərkəzinə kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı 700-ə yaxın müraciət daxil olub.

Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən,  Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm,  qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
 
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir .
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın haba proqnozu
Cəmiyyət 12:20
Sabahın haba proqnozu
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - Video
Cəmiyyət 10:59
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - Video
Çaylarda sululuq artıb
Cəmiyyət 10:56
Çaylarda sululuq artıb
Şamaxı və Xızıda zəlzələ olub - Yenilənib
Cəmiyyət 10:50
Şamaxı və Xızıda zəlzələ olub - Yenilənib
Yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Cəmiyyət 10:34
Yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Gəncədə azyaşlı xəstəxanada ölüb
Cəmiyyət 09:49
Gəncədə azyaşlı xəstəxanada ölüb
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
Cəmiyyət 09:46
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
Azərbaycanda bayram namazı qılınıb
Cəmiyyət 09:24
Azərbaycanda bayram namazı qılınıb
Metronun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub
Cəmiyyət 23:25
Metronun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol