• $
  • £

Aİ Liviyadakı münaqişə tərəflərini dialoqa və gərginliyi azaltmağa çağırıb

Aİ Liviyadakı münaqişə tərəflərini dialoqa və gərginliyi azaltmağa çağırıb
16.08.2023 23:31
Avropa İttifaqı Liviyadakı silahlı fəaliyyətlərdən narahatdır və tərəfləri dialoq və deeskalasiyaya çağırır.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzəri ali nümayəndəsi Jozep Borel Liviyadakı son silahlı toqquşmalar barədə verdiyi bəyanatda bildirib.

"Tripolidə toqquşmalar, görünür, səngisə də, Avropa İttifaqı bütün tərəfləri vəziyyətin deeskalasiyası və sakitliyi bərpa etmək üçün silahlı toqquşmalardan çəkinməyə və dialoqa davam etməyə çağırır”, - diplomatın bəyanatında deyilib.

Sənəddə həmçinin "zorakılıq aktlarında iştirak edən” münaqişə tərəflərini "beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə” hörmət etməyə və mülki şəxslərin müdafiəsini təmin etməyə çağırıb.
 
Borel vurğulayıb ki, liviyalılar ölkədə silahlı qarşıdurma mühitində yaşamaqdan yorulub və nəhayət, sülh diləklərinin eşidilməsi və gerçəkləşdirilməsinə layiqdirlər.

"Son hadisələr Liviyada qeyri-sabit təhlükəsizlik vəziyyətinin, həmçinin davamlı və əhatəli siyasi həllin tapılması üçün təcili seçkilərə ehtiyac olduğunu açıq şəkildə xatırladır”, - Avropanın baş diplomatı diqqətə çatdırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol