• $
  • £

Bu ölkələr G7 bəyannaməsinə qoşulublar

Bu ölkələr G7 bəyannaməsinə qoşulublar
17.08.2023 16:39
Litva, Latviya və Estoniya Ukraynaya təhlükəsizlik zəmanətləri və yardım haqqında Yeddilik Qrupu (G7) bəyannaməsinə qoşuldub. Bu barədə Ukrayna mətbuatı yazıb. 

"Litva, Latviya və Estoniyanın baş nazirləri İnqrida Simonyte, Krisjanis Karins və Kaja Kallas bəyannaməyə qoşulmaq barədə birgə bəyanat yayıblar”, - məlumatda deyilir.

Hökumət başçıları vurğulayıblar ki, Baltikyanı ölkələr münaqişənin ilk günlərindən Ukraynanı dəstəkləyir və bundan sonra da belə bir xətti davam etdirməyə hazırdırlar.

NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində qəbul edilən "Yeddilik” qrupunun bəyannaməsində qeyd edildiyi kimi, G7 Ukraynaya silah tədarükünü artıracaq, eyni zamanda uzaq mənzilli artilleriya və döyüş təyyarələrinə üstünlük veriləcək.

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya liderləri Ukraynanın hərbi-sənaye bazasının daha da inkişafına dəstək verəcəklərini, Ukrayna hərbi kadrlarının hazırlanmasını, kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlıq edəcəklərini vəd ediblər. Bundan əlavə, bəyannamədə digər ölkələrin də istənilən vaxt ona qoşula biləcəyi göstərilir.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol