• $
  • £

Braziliya Rusiya dizelinin ikinci ən böyük alıcısı oldu

Braziliya Rusiya dizelinin ikinci ən böyük alıcısı oldu
17.08.2023 22:24


Braziliya avqustda rekord həcmdə Rusiya neft məhsullarını idxal edir - gündə təxminən 235 min barel. Bu barədə "Bloomberg” "Kpler” analitik şirkətinin məlumatlarına istinadən xəbər verir.

Bu, iyul ilə müqayisədə 25% çoxdur. Beləliklə, Rusiya Aİ-nin sanksiyaları fonunda yeni satış bazarları formalaşdırmaqla Braziliyaya ən böyük yanacaq tədarükçüsü rolunda qərarlaşıb.

Nəşrin hesablamalarına görə, Avropa İttifaqı fevralda Rusiyanın enerji resurslarına embarqo və G7-nin qiymət tavanını tətbiq etdikdən sonra Braziliya idxalı kəskin şəkildə artırıb: ölkə Türkiyədən sonra Rusiya dizel yanacağının ikinci ən böyük alıcısına çevrilib.

Qərbin məhdudiyyətləri Rusiya enerjisinin qiymətini aşağı salıb və bu, Braziliyaya xeyir verib. Kpler-in eksperti Viktor Katona hesab edir ki, ucuz rus dizelinin alınması Braziliyanın barreli üçün 10-15 dollara qənaət edəcək.

Dizel yanacağı ilə yanaşı, iyundan etibarən Rusiya Braziliyaya benzin tədarük etməyə başlayıb və tezliklə nafta ixracı başlaya bilər. Katona bildirib ki, Qərbin təzyiqlərinə baxmayaraq, Braziliya Ukrayna münaqişəsi fonunda neytral qalır və Rusiyadan sərfəli enerji almağa davam edəcək.

Həftənin əvvəlində Pakistan Rusiya Federasiyasından neftin emalı ilə bağlı problemlərin mövcudluğunu təkzib edib.

Bundan əvvəl Rusiya Federasiyasında dizel yanacağı və benzinin qiyməti yenidən tarixi maksimuma çatıb.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol