• $
  • £

Özbəkistan Prezidenti sabah Azərbaycana gəlir- SƏBƏB

Özbəkistan Prezidenti sabah Azərbaycana gəlir- SƏBƏB
21.08.2023 11:27
Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana  səfər edəcək. Bu barədə Özbəkistan Prezidentinin saytında məlumat verilib.

Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
 
Siyasi məsələlər üzrə şərhçi Tural İsmayılovun sözlərinə görə, səfər çərçivəsində əməkdaşlıq müqavilələrinin imzalanacağı gözlənilir. 

"Özbəkistan prezidentinin Azərbaycana səfəri önəmli bir tarixi dövrə təsadüf edir. Azərbaycanla Özbəkistan arasında özəlliklə bir neçə ildə əlaqələr daha da yüksək səviyyəyə çatıb. Azərbaycan Prezidentinin Özbəkistana səfəri, Özbəkistan rəhbərinin isə Azərbaycana səfərləri gerçəkləşib. Bu gün Özbəkistan və Azərbaycanın həm türk dövlətləri təşkilatında, həm  qoşulmama hərəkatında, həm də bir çox təşkilatlarda önəmli partnyorlarından biridir. Təkcə türk dövlətləri təşkilatında deyi, ikili əlaqələr baxımından da Özbəkistan Azərbaycan münasibətləri maksimum səviyyəyə çatıb. Prezident İlham Əliyevin Özbəkistana səfərində Özbəkistan və Azərbaycan arasında tarixi Daşkənd bəyannaməsi imzalanıb. Bu bəyannamənin də tam şəkildə yerinə yetirildiyini görürük. Eyni zamanda Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş rayonunlarda bir layihəni öz üzərinə götürüb.  Bu da böyük qardaşlıq jestlərindən hesab etmək olar. Bu səfər çərçivəsində əməkdaşlıq müqavilələrinin imzalanacağını gözləyirəm. Eyni zamanda Özbəkistanla Azərbaycan arasında iqtisadi əlaqələrdə olduqca genişdir",- politoloq bildirib.
 
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev sonuncu dəfə martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
 
Hazırda Azərbaycanla Özbəsitan arasında parlamentarası əlaqələr işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 1997-ci il yaradılıb. Hazırda deputat Eldar İbrahimov bu işçi qrupunun rəhbəridir. Özbəsitan parlamentində isə hazırda Azərbaycanla əlaqələr işçi qrupu yoxdur.  
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Siyasət 16:22
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Prezident İlham Əliyev təcili iclas keçirib
Siyasət 16:15
Prezident İlham Əliyev təcili iclas keçirib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol