• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Erməni silahlıları Azərbaycanın mülki aviasiya vasitələrinə yenidən radiomaneələr tətbiq edib

Erməni silahlıları Azərbaycanın mülki aviasiya vasitələrinə yenidən radiomaneələr tətbiq edib
21.08.2023 12:51
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb. Avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb. Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığının tərəfimizdən məlumatlandırılmasına baxmayaraq bu günədək heç bir tədbir görülməyib. Mülki aviasiyanın təhlükəsizliyinə radio-texniki müdaxilə qəbuledilməzdir və beynəlxalq mülki aviasiya təşkilatının müəyyən etdiyi qaydalara ziddir", - MN-in məlumatında qeyd edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Siyasət 10:26
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Siyasət 21:52
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Siyasət 16:09
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Prezident və xanımı "Ana haray" abidəsini ziyarət edib
Siyasət 10:43
Prezident və xanımı "Ana haray" abidəsini ziyarət edib
Bu il Ağdama 10 min əhalinin köçürülməsi planlaşdırılır
Siyasət 10:37
Bu il Ağdama 10 min əhalinin köçürülməsi planlaşdırılır
BayramovSəudiyyə Ərəbistana rəsmi səfərə gedib
Siyasət 10:14
BayramovSəudiyyə Ərəbistana rəsmi səfərə gedib
Qarabağın 3 rayonunda bayraqlar yarıyadək endirilib
Siyasət 09:55
Qarabağın 3 rayonunda bayraqlar yarıyadək endirilib
Xocalı faciəsindən 33 il keçir
Siyasət 09:07
Xocalı faciəsindən 33 il keçir
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Siyasət 22:15
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol