• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Equinor Azərbaycandakı aktivlərini satmaq imkanlarını araşdırır - Bloomberg

Equinor Azərbaycandakı aktivlərini satmaq imkanlarını araşdırır - Bloomberg
22.08.2023 14:56
Norveçin "Equinor ASA” şirkəti Azərbaycandakı fəaliyyətini, o cümlədən "Azəri-Çıraq-Günəşli”nin ən böyük neft layihəsində iştirak payını satmaq imkanlarını öyrənir. Bu barədə Bloomberg Xəbər Agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir.

"Norveç enerji şirkəti "Azəri-Çıraq-Günəşli” blokunda 7,27% pay da daxil olmaqla aktivlərdə alıcıların marağını qiymətləndirmək üçün Jefferies Financial Group Inc. ilə işləyir”, - mənbələr bildirib.
 
Onların fikrincə, əməliyyat nəticəsində aktivlər təxminən 1 milyard dollar dəyərində qiymətləndirilə bilər”, - agentlik qeyd edir.

Agentliyin mənbələrinə görə, Equinor-un aktivləri üçün təkliflər yaxın həftələrdə təqdim edilməlidir, "müzakirələr davam edir və onların sövdələşməyə gətirib çıxaracağına əminlik yoxdur".

Equinor Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və  ölkə iqtisadiyyatına ən çox xarici investisiya qoyanşirkətlərdən biridir. Bu gün "Equinor” "Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərində uyğun olaraq 8,71 faiz  və 7,27 faiz paya malikdir.

SOCAR və Equinor 31 may 2018-ci il tarixində Bakıda "Əşrəfi-Dan Ulduzu-Aypara" perspektiv strukturları blokunun kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgəsi Sazişi (PSA, PSA) və "Qarabağ" yatağının işlənməsi üzrə Risk Xidməti Müqaviləsi imzalayıblar. Layihənin həyata keçirilməsi üçün SOCAR və Equinor paritet səhmlər üzrə əməliyyat şirkəti yaradıb (50%-dən 50%-ə qədər).
 
Anews.az sorğusuna cavab olaraq Eüunor şirkətindən bildiriblər k, şirkət spekulyativ suallara cavab vermir. 
 
N.Təbrizli
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol