Almaniya universitetinin rektoru Qubad İbadoğlu ilə bağlı İlham Əliyevə müraciət edib
Drezden Texnologiya Universitetinin rektoru Ursula Staudinger həbsdə olan siyasətçi Qubad İbadoğlunu azad etməyə çağırıb. Bu barədə "Turan" İnformasiya Agentliyinə professor Ursula Staudinger Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində bildirib.
Rektor iqtisadçı-alimə qarşı irəli sürülən ittihamları əsassız hesab edərək İbadoğlunu universitetdə çalışmağa dəvət edib.
"Universitetimizin bəxti gətirib ki, Qubad İbadoğlu kimi alim bu təhsil müəssisəsində çalışacaq. Qubad İbadoğlunu dünya səviyyəli universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olub, elmə böyük töhfələr verib və əminəm ki, bu alim, tədqiqatçı və parlaq fikir sahibi olan müəllim bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Biz, eyni zamanda onu vicdanlı və xeyirxah insan kimi tanıyır və ona qarşı irəli sürülən ittihamları əsassız hesab edirik. Dünyada tanınmış alim Qubad İbadoğlunu azad edin, o, 2023-cü ilin oktyabrında universitetimizdə professor kimi işə başlamalıdır", - məlumatda bildirilib.
Qubad İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib.

Aytac Zeynalova
www.anews.az