• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Bəxtiyar Hacıyeva yeni ittihamlar təqdim oluna bilər

Bəxtiyar Hacıyeva yeni ittihamlar təqdim oluna bilər
22.08.2023 16:39
İstintaq Bəxtiyar Hacıyevə qarşı yeni  ittihamlar təqdim edə bilər. Bu barədə "Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov videomüraciətində məlumat verib.

"İstintaq xüsusilə, 44 günlük müharibə zamanı Bəxtiyar Hacıyevin Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi yardımın mahiyyətini təhrif etməyə çalışır. Belə ki, Bəxtiyarı yığılan yardımların bir hissəsini mənimsəməkdə ittiham etməyə cəhdlər edilir. Bəxtiyar Hacıyev bu cür iddiaları qətiyyətlə pisləyir. Toplanan yardımın maliyyə mənbələri və cəbhəyə çatdırılması tamamilə şəffaf idi. Belə yardımın göstərilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin rəhbərləri ilə razılaşdırılıb. Günlərin birində Bəxtiyar Hacıyev vəkilləri vasitəsilə açıqlama verəcək”, -  Rüfət Səfərov bildirib.

Qeyd olunanlarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti hələlik açıqlama verməyib. 

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı əsasında həbs edilib. Hacıyev dekabrın 15-də azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb və ictimaiyyət nümayəndələrinin təkidli müraciətlərindən sonra dekabrın 28-də aclığı dayandırıb. Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etmədiyindən o,  aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə dayandırılıb.

İstintaq orqanı bu il iyunun 16-da Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Lisenziyadan və ya hüquq verən və ya öhdəlikdən azad edən digər rəsmi sənəddən istifadə etmək məqsədi ilə) maddələri ilə ittiham irəli sürüb.

Yeni ittihamlar Bəxtiyar Hacıyevin qrant alması və təyinatı üzrə xərcləməməsi ilə bağlıdır.

ABŞ Dövlət Departamentinin, ABŞ Helsinki Komissiyasının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq QHT-lərin nümayəndələri Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini tələb edən bəyanatlar yayıb. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Siyasət 10:26
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Siyasət 21:52
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Siyasət 16:09
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Prezident və xanımı "Ana haray" abidəsini ziyarət edib
Siyasət 10:43
Prezident və xanımı "Ana haray" abidəsini ziyarət edib
Bu il Ağdama 10 min əhalinin köçürülməsi planlaşdırılır
Siyasət 10:37
Bu il Ağdama 10 min əhalinin köçürülməsi planlaşdırılır
BayramovSəudiyyə Ərəbistana rəsmi səfərə gedib
Siyasət 10:14
BayramovSəudiyyə Ərəbistana rəsmi səfərə gedib
Qarabağın 3 rayonunda bayraqlar yarıyadək endirilib
Siyasət 09:55
Qarabağın 3 rayonunda bayraqlar yarıyadək endirilib
Xocalı faciəsindən 33 il keçir
Siyasət 09:07
Xocalı faciəsindən 33 il keçir
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Siyasət 22:15
XİN xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol