• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Amnesty İnternational Qubad İbadoğlu ilə bağlı kampaniyaya başlayıb

Amnesty İnternational Qubad İbadoğlu ilə bağlı kampaniyaya başlayıb
22.08.2023 16:54
Beynəlxalq Amnesty International hüquq müdafiə təşkilatı Azərbaycanda həbs edilən müxalif siyasətçi və iqtisadçı Qubad İbadoğlunun müdafiəsi ilə bağlı  kampaniyaya başladığını elan edib. Bu barədə təşkilatın açıqlamasında bildirilib. 

"Qubad İbadoğlunun həbsi və mühakimə olunması hökuməti, siyasi və ictimai fəaliyyəti tənqid etməsinə  görə açıq-aşkar qisasdır. Qubad İbadoğlunun səhhətində ciddi problemlər var və həbsxanada onun həyatı pis şərait və lazımi tibbi yardımın olmaması səbəbindən təhlükə altındadır”, - təşkilatın saytında yerləşdirilən açıqlamada qeyd olunub. .

Amnesty İnternational təşkilatı həmçinin İbadoğlunun azadlığa buraxılması xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciətin mətnini dərc edb və bütün maraqlı şəxsləri onu imzalayıb Azərbaycan rəhbərliyinə göndərməyə çağırıb.

Müraciətdə İbadoğlunun saxta pul satmaqda təqsirli bilinərək həbs edildiyi bildirilir.
 
"Qubad İbadoğlu ağır xəstədir, o cümlədən 2-ci tip şəkərli diabet və hipertoniya xəstəsidir. O, qeyri-insani və ləyaqəti alçaldan şəraitdə saxlanılır, keyfiyyətsiz içməli su və yeməkdən istifadə etməyə məcbur edilir, lazımi dərmanları vaxtında almır. Həbsdə onun səhhəti durmadan pisləşir”, - müraciətdə əvurğulanıb. 

Müraciətdə İbadoğlu və onun həyat yoldaşı İradə Bayramova həbs olunarkən zorakılıq edən şəxslərin cəzalandırılması tələbi də yer alıb.

Qubad İbadoğlu iyulun 23-də Bakıda saxlanılıb. Əvvəlcə onun FETO  qrupu ilə əlaqədə olması barədə xəbər yayılıb. Daha sonra iqtisadçı saxta pul istehsalında ittiham edilərək barəsində 3 ay 26 gün müttətinə ilk istintaq dövrü üçün həbs qəti imkan tədbiri seçilib. 
 
Penitensiar xidmət onun bütün lazımi qida və dərman vəsaitləri ilə təmin edilməsi barədə açıqlama yayıb. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol