İstanbulda son bir ayda 21 min əcnəbi deportasiya edilib

Son bir ay ərzində İstanbul rəsmiləri şəhərdə yaşayanlar arasından Türkiyədə olmaq üçün qanuni əsası olmayan 21 min əcnəbini müəyyən edib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir qeyd edib ki, səyyar miqrasiya keçid məntəqələri layihəsi sayəsində qeyri-leqal immiqrantları aşkar etmək mümkün olub. Bu layihə İstanbulda pilot layihə kimi sınaqdan keçirilir. Polis operativ qaydada və yerindəcə əcnəbilərin barmaq izlərini və sənədlərini yoxlamaq imkanı əldə edib. Yoxlanış üçün saxlanılan şəxs şəxsiyyət vəsiqəsini təqdim edə bilmirsə və sistemdə əcnəbilərin ölkəyə girişi zamanı götürülən barmaq izi tapılmırsa, qanun pozucusu əlavə yoxlama üçün miqrasiya şöbəsinə aparılır.
"21 min əcnəbinin Türkiyədə olmaq üçün qanuni haqqı olmadığını, yəni qeyri-qanuni mühacir olduğunu müəyyən etmişik. Onlar barəsində deportasiya proseduru başlatmışıq və onlar ölkədən çıxarılıblar”, - "Star” qəzeti Yerlikayanın sözlərindən sitat gətirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər